Amerikalı həmsədr ATƏT sədrilə görüşəcək Dünya

Amerikalı həmsədr ATƏT sədrilə görüşəcək

Əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsi olacaq

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Konfederasiyasının prezidenti və xarici işlər naziri Didye Burkhalterlə görüşəcək. APA-nın məlumatına görə, bu barədə Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.
Vasitəçi deyib ki, görüş D. Burkhalterin Cənubi Qafqaza səfərindən əvvəl baş tutacaq C. Uorlik onu da vurğulayıb ki, ATƏT sədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərini dəstəkləyir.
Qeyd edək ki, D. Burkhalter iyunun 1-də Cənubi Qafqaz regionuna rəsmi səfərini Gürcüstandan başlayacaq. Daha sonra o, Ermənistana, ardınca Azərbaycana gələcək. ATƏT sədri regionda rəsmi görüşlər keçirəcək, ikitərəfli və regional aktual məsələləri müzakirə edəcək. Əsas müzakirə mövzularından biri də Dağlıq Qarabağ münaqişəsi olacaq.
Xatırladaq ki, bu, D. Burkhalterin ATƏT sədri kimi regiona ilk səfəridir.