İranın dünyanı silkələyəcək dəhşətli planları üzə çıxdı Dünya

İranın dünyanı silkələyəcək dəhşətli planları üzə çıxdı

İranda benzinin bahalaşmasına qarşı etiraz aksiyaları davam edərkən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Kəşfiyyatı Agentliyi (SIA) ilk dəfə İranın hərbi gücü ilə bağlı sənəd yayımlayıb.
Sənəddə ABŞ kimi inkişaf etmiş Qərb ölkələrini məğlub edə bilməyəcəyini bilən İranın üç əsas qabiliyyətinə diqqət göstərməyə çalışdığı vurğulanıb: bölgədə hədəflərini vura biləcək ballistik raketlər, Bəsrə körfəzi və Hörmüz boğazında dəniz nəqliyyatını təhdid edəcək sahil mühafizə xidməti, ölkə xaricində konvensional olmayan əməliyyatlar aparma qabiliyyətinə sahib ortaq qüvvələr.
Sənəddə rəsmi Tehranın raket və Pilotsuz Uçuş Aparatlarına böyük miqdarda sərmayə yatırdığı, Quru Qüvvələrini isə təcili hərəkətə keçmə tuqaylarına çevirəcək şəkildə yenidən dizayn etməyə çalışdığı yer alıb. Həmçinin, hava və dəniz qüvvələri ilə yanaşı, arsenalındakı ballistik raketlər və nüvə proqramı da analiz edilib.
İnqilab Keşikçiləri Korpusunun fəaliyyətinə yer verilən sənəddə, İran milli təhlükəsizlik strategiyasının şiə-ruhani rejiminin davamlılığını təmin etməyə, rejimə qarşı daxili və xarici təhdidləri dəf etməyə və bölgədə ağır qüvvə olmaq hədəfləri üzərində dayandıqlarına diqqət çəkilib: “İran hərbi doktrinası texnoloji baxımdan təkmilləşdirilmiş Qərb ordularına qarşı mübarizə aparmaq, ehtimal edilən hücumu humanitar və maliyyə zərərlərini ağırlaşdıracaq formada dəf etmək üzərində qurulub”.
Bildirilib ki, rəsmi Tehran hava hücumundan müdafiə və radar sistemlərini müasirləşdirməyə davam edir. Qitələrarası ballistik raket potensialını əldə etmək üçün çalışır. Daha həssas, daha dağıdıcı təsirə sahib ballistik raketlərini yerləşdirir, raket arsenalını genişləndirir və yeni kəşfiyyat raketlərini işə salır. BMT-nin sanksiyaları aradan qaldırılan kimi isə qırıcı təyyarələr almağa başlayacaq. Çünki İran yaxın 10 ildə bölgədə genişmiqyaslı hərbi əməliyyatlara başlamağı planlaşdırır.
Qeyd edək ki, bənzər məzmunda sənədlər Rusiya və Çin hərbi qüvvələri üçün də hazırlanıb.