Ermənistanda daha 2 jurnalist həbs olunub Dünya

Ermənistanda daha 2 jurnalist həbs olunub

Həbs edilənlər erməni əsgər analarının mitinqini işıqlandırdığına görə barmaqlıqlar arasına salınıb. Yerkir.am-ın yaydığı məlumata görə, işğalçı ölkədə söz azadlığı növbəti dəfə pozulub. Belə ki, peşə borcunu yerinə yetirərkən iki foto-müxbir həbs edilib. Onların dekabrın 21-dəki aksiyalar zamanı həbs edildiyi bildirilir.
"İREM-Haykjam" jurnalistlər birliyinin açıqlamasına görə, həbs edilənlərdən biri 24 yaşlı Arsen Barumyandır. Onun "Jamanak" qəzetinin foto-müxbiri olduğu vurğulanır. Digər jurnalistin adı isə açıqlanmır. Həbs olunan jurnalistlər erməni əsgər analarının təxris müddətinə etiraz aksiyasını işıqlandırarkən həbs edilib.
Xatırladaq ki, bir ay əvvəl də mitinqləri işıqlandırarkən İrəvan polisi 4 jurnalisti barmaqlıqlar arasına salmışdı.

Əli