Ermənistanda sahibkarlardan hökumətə ultimatum Dünya

Ermənistanda sahibkarlardan hökumətə ultimatum

Ermənistanda hökumət fevralın 1-dən "Dövriyyədən vergi haqqında" qanunu qüvvədə saxlarsa, ölkədəki kiçik və orta biznesin nümayəndələri öz fəaliyyətlərini müvəqqəti dayandıracaqlar.
Bunu Ermənistan Prezidentinin iqamətgahı qarşısındakı etiraz aksiyasının iştirakçıları bəyan ediblər.
Yanvarın 31-dən ticarətçilər sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması haqqında sənədlərini vergi xidmətinə təqdim etməyə başlayacaqlar. Ərizələr bir paketə toplanaraq hökumətə təqdim olunacaq.