Metro ticarətçiləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər Hadisə

Metro ticarətçiləri Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər

Dünən Bakı Metropoliteninin "Neftçilər" stansiyasında keçirilən aksiyada ödənilən 200 manat məbləğlə razı olmayan şəxslər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olublar.
APA-nın məlumatına görə, həmin şəxslər idarəyə Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin rəis müavini Kamal Şirinovdan şikayət ərizəsi ilə müraciət ediblər. Məlumata görə, digər aksiyaçılara 200 manatı həmin şəxs ödəyib.
Şikayətçilər isə vaxtilə ticarət obyektlərinin təmiri üçün daha çox vəsait ödədiklərini, onlara təklif olunan 200 manatın çox az olduğunu bildiriblər. Onları növbətçi prokuror Əmir Qaloyev qəbul edib.
Ərizələrə martın 27-dən sonra baxılacağı bildirilib. Qeyd olunub ki, metroda ticarət obyektlərinin təmiri üçün ödənilən məbləğ geri ödənsə, şikayətçilər ərizələrini geri götürəcəklər.