Prezident Dövlət Gömrük Komitəsinin əməkdaşlarını təltif edib Hadisə

Prezident Dövlət Gömrük Komitəsinin əməkdaşlarını təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Gömrük Komitəsinin əməkdaşları Novruzov Vüsal Zeynal oğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Babayev İqbal Alıcan oğlu, Fərzəliyev Dilavər Məmməd oğlu, Xəlilov Ehtiram Səyyaf oğlu, İsayev Xəzər Ağəli oğlu, Məmmədov Rauf Ənvər oğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Abbasova Sevər Muxtar qızı, Abduyev Sadiq Tofiq oğlu, İsmayılov Sabir Abbas oğlu, Qasımov Cavad Mustafa oğlu, Mehdiyev Telman Hüseynqulu oğlu, Məmmədov Əbülfəz Nadir oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Abasov İsgəndər Adil oğlu, Abdullayev Anar Şixəli oğlu, Abdullayev Qadir Abdulla oğlu, Abutalıbova Mədinə Sultan qızı, Ağayeva Gülnarə Məsiulla qızı, Alverdiyev Tariyel Mehman oğlu, Bayramov Azər Bayram oğlu, Əhmədov Əzizağa Nəriman oğlu, Əhmədzadə Coşqun Mübariz oğlu, Əliyev Hacı-Murad Feliksoviç, Əliyev Vüqar İsmayıl oğlu, Əsədov Əmir Vaqif oğlu, Həmidli Vüqar Sabir oğlu, Həsənli Elşən Əhəd oğlu, Həsənov Əjdər İmamqulu oğlu, Həsənov Qabil Yusif oğlu, Hüseynov Seyran Tofiq oğlu, İslamov Rəşad Tarix oğlu, Qasımov Asim Ağababa oğlu, Qurbanov Elnur Elşad oğlu, Mehdiyev Hafiz Həsən oğlu, Məlikov Həbib Məlik oğlu, Məmmədov Elşən Malik oğlu, Məmmədov Əkrəm Əbülfəz oğlu, Mirişli Mirşahin Faiq oğlu, Mirzəyeva Sahibə İdris qızı, Nəcəfli Ceyhun Heybətqulu oğlu, Niftəliyev Rəfail Hüseyn oğlu, Nuriyev Namiq Mali oğlu, Rəhimov Pərviz Əsəd oğlu, Rzayev Şahin Əli oğlu, Tağıyev Tural Cavanşir oğlu, Vahabzadə Xosrov Fikrət oğlu, Zeynalov Elşən Səlim oğlu isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunublar.
Dövlət başçısının digər sərəncamı ilə gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Mehdiyev Səfər Məmməd oğluna "Əməkdar dövlət qulluqçusu", Ələsgərli Fikrət Vahid oğluna isə "Əməkdar hüquqşünas" fəxri adı verilib.