Neft quyusunda yanğın olub Hadisə

Neft quyusunda yanğın olub

Bakıda neft quyusu yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft quyusunda baş verən yanğının söndürülməsinə 8 yanğınsöndürən maşın cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər neft quyularına keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.