Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb Hadisə

Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb

Mühərrikli qayıqla Azərbaycan sərhədini pozan İran vətəndaşı saxlanılıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azər¬baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran İslam Res¬-publikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirə¬salın-maz tədbirlər həyata keçiril¬ib, hədəfin "Yamaha-200" mühərrikli "Layner" tipli qayıq olması müəyyən edilərək 3 saat ərzində təqib edilib və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqa¬mə¬tində saxla¬nılıb. Saxlanılmış qayığa və qayıqda olan İran və¬tən-daşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Beh¬rac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum" markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər¬baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.