Mariya Zaxarova NATO ilə müharibənin başlanacağı ilə bağlı açıqlamaya münasibət bildirib
Erməni katolikosunun qardaşı və qardaşı oğlu barəsində cinayət işi məhkəməyə göndərilib
AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edir
Emin Əmrullayev: SAF-ın növbəti ildən ayrı bir fənn kimi tədris edilməsini planlaşdırırıq
12 Dekabr 2019 15:02
1 904
Orta məktəblərdə psixoloqların diaqnostik qiymətləndirilməsi dekabrın sonuna qədər keçiriləcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədə təxminən 3 minə yaxın psixoloqun istirakı arzuolunandır: "Amma qeydiyyat artıq bitmək üzrədir. Qeyd edim ki, bizim ölkə üzrə 800 nəfər əlavə vakansiyaya ehtiyacımız var. Ümumi sistemdə 2 mindən artıq psixoloq fəaliyyət göstərir və hazırkı diaqnostik qiymətləndirmə psixoloqların peşəkar səviyyəsini, eyni zamanda sahə üzrə ixtisas biliklərini müəyyənləşdirmək məqsədilə keçirilir. Diaqnostik qiymətləndirmədən sonra da psixoloqların əmək haqlarının artımı məsələsi də tərəfimizdən müzakirə olunan vacib məsələlərdən olacaq".