Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
30 Mart 2020 12:47
1 715
Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əlilliyi olan şəxslərə reabilitasiya vasitələri evlərinə aparılıb veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin əlilliyi olan şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri (əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. ) ilə təmin edilmək üçün 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 telefon nömrələri ilə əlaqə saxlayaraq müraciət edə bilərlər.
Müraciətlər əsasında reabilitasiya vasitələri 5 gün ərzində yaşadıqları ünvanlarda onlara təqdim olunacaq.
15 May 18:39
1 267
15 May 18:37
1 169
15 May 11:27
1 372