Birdəfəlik ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq - RƏSMİ Hadisə

Birdəfəlik ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq  - RƏSMİ

Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin eəisi Fazil Talov Trend-ə açıqlamasında bildirib ki, həmin yardımla bağlı vətəndaşların təkrar müraciət etməsinə ehtiyac yoxdur:
"Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda birdəfəlik ödəniş veriləcək vətəndaşlar aprel və may aylarında həmin müəvinəti alıblar. Ona görə də həmin şəxslərin təkrar müraciət etməsinə egtiyac yoxdur. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq".
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonlarında sərt karantin rejimi elan olunub.