26 Dekabr 21:04
26 Dekabr 20:22
13 Aprel 2021 14:11
2 492
Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"in dəyəri tarixi rekorda – 62,7 min ABŞ dollarına çatıb.
"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın ən iri kriptovalyuta birjası sayılan "Binance"da Bakı vaxtı ilə 12:23-də "Bitcoin"in dəyəri 3,1% artaraq 62,7 min dollara çatıb.
"CoinMarketCap" platformasında olan məlumata görə, hazırda sözügedən kriptovalyuta 62 599 dollara ticarət olunur və bazar kapitallaşması 1 167 574 094 079 dollar təşkil edir.
Qeyd edək ki, son 24 saatda "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi təxminən 25,8% artaraq 59 695 063 445 dollara bərabər olub.
10:14
721
26 Dekabr 21:03
1 197
26 Dekabr 20:09
1 841