“Putin Qərbə qulaqburması verir...” Siyasət

“Putin Qərbə qulaqburması verir...”

Qüdrət Həsənquliyev: "Qərbin əli ilə Ukraynada hakimiyyətə gəlmiş uşaqlar Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev BayMedia.Az saytına Ukraynada baş verən son hadisələrlə batlı münasibətini açıqlayıb. BAXCP sədri bildirib ki, Ukraynada inqilab hazırlayan ABŞ və AB Rusiyanın addımlarını proqnozlaşdıra bilmədiklərindən cixilmaz vəziyyətə düşüblər: "Qərbi arxasınca apara biləcək parlaq lider, daha doğrusu, indiki zamanda sərkərdə olmadığından Putin onların qulaqlarından tutub burur, burduqca onlar ayaqlarını yerə döyüb qışqırırlar. Onlar qışqırdıqca isə Putin daha bərk qulaqburması verir. Nəticədə isə Ukrayna dovləti dağılır. Qərbin əli ilə hakimiyyətə gəlmiş uşaqlar isə Qərbdən tapşırıq gözləyir, ölkənin müdafiəsini təşkil etmirlər. Qərb dövlətləri də öz növbələrində müharibə olacağı təqdirdə sifətlərini tam itirəcəklərindən qorxaraq belə tapşırıq vermirlər. Qərbin oyuncaqlarının isə hətta ləyaqətləri çatmır ki, qarant öhdəliyini yerinə yetirməyən ölkələrdən nüvə silahını geri tələb etsinlər".
"Vəziyyətdən çıxış yolunu nədə görürsünüz" sualını cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, belə vəziyyətdə Atatürk kimi bir şəxsiyyət ortaya çıxmalı və Ukraynanı azad etməlidir: "Əks halda Ukrayna ərazilərinin böyük hissəsini itirəcək. Hətta ola bilsin ki, Rusiya Ukraynada hakimiyyəti də dəyişib öz oyuncaq dövlətini qursun. Basqasının əlində hakimiyyət naminə alət olmağın sonu belə olur".

XC