Cek Ma Azərbaycana tibbi yardım göndərəcək Siyasət

Cek Ma Azərbaycana tibbi yardım göndərəcək

"Cek Ma" və "Alibaba" fondları koronavirusa qarşı mübarizə aparmaq üçün yeddi ölkəyə - Azərbaycan, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Vyetnama tibbi yardım göndərəcək.
Trend-ə xəbər verir ki, bu yeddi ölkə ümumilikdə 1,7 milyon maska, 165 min test dəsti, həmçinin qoruyucu geyim, süni nəfəs aparatı və frontal termometr alacaq.
Xatırladaq ki, "Cek Ma" "Alibaba Qrup"un təsisçisi Cek Ma tərəfindən 2014-cü ilin dekabrında təsis edilib. "Alibaba" fondu isə 2011-ci ilin dekabrında yaradılıb.
Bu fondlar ətraf mühit barədə məlumatlılığın artırılması, təhsil məsələləri, su ehtiyatlarının mühahifəzisinin maliyyələşdirilməsi məsələləri ilə məşğul olur.