Arif Hacılının müavini hədələdi Siyasət

Arif Hacılının müavini hədələdi

"Müsavatın fəaliyyətini iflic etmək istəyənlər partiyadan çıxarılacaq"

Müsavat Partiyasının bir qrup üzvünün ötən gün yaydığı etiraz bəyanatına hazırki başqan Arif Hacılınin reaksiyası bəlli olub.
Arif Hacılının müavini Səxavət Soltanlı qeyd edib ki, partiyadan çıxarılanlar Müsavatın nizamnaməsinə və siyasi xəttinə zidd gedənlər və partiyanın əleyhinə davamlı olaraq əks-təbliğat aparanlardır:
"Onlar nizamnaməni pozurlar. Partiya üzvünün fəaliyyəti nizamnamə ilə tənzimlənir. Partiyanın siyasi xəttinə zidd gedənlər, Müsavatın qəbul olunmuş prinsiplərini pozanlar partiyadan uzaqlaşdırılır. Bu, rayon təşkilatlarında və Mərkəzi-Nəzarət Təftiş Komissiyasında həyata keçirilir".
Onun sözlərinə görə, hazırda partiya üçün heç bir təhlükə gözlənilmir və Müsavatı qorumaq üçün xüsusi tədbirlərə ehtiyac yoxdur: "Qurultaydan əvvəl də qanunu pozanlar partiyadan kənar edilirdi. İndi də partiyanın fəaliyyətini iflic etmək istəyənlər partiyadan çıxarılacaq. Biz bunu pisləyirik. Gələcəkdə də bu fəaliyyət davam edəcək. Çünki partiyanı iflic etmək istəyənlərin məntiqli əsasları yoxdur".
Səxavət Soltanlı bəyanatların siyasi partiyanın fəaliyyətini tənzimləmək üçün rol oynamadığını da deyib.