Prezident regionun sonrakı sülh proseslərində Fransa və ABŞ-ın iştirakının aydın Yol Xəritəsini ortaya qoydu - Aydın Quliyev Siyasət

Prezident regionun sonrakı sülh proseslərində Fransa və ABŞ-ın iştirakının aydın Yol Xəritəsini ortaya qoydu - Aydın Quliyev

Prezident İlham Əliyevin Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri ilə prinsipial və aydın söhbəti həm müharibənin, həm Ermənistanın cinayətlərinin , həm də MQ-nin timsalında beynəlxalq vasitəçilərin fəaliyyətlərinin əsil mahiyyətini göstərmək baxımından qiymətli faktlarla zəngindir.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Azərbaycan hakimiyyətinin rəsmi dəvəti olmadan həmsədr ölkələrin nümayəndələrinin regiona bu səfərinin əsil məqsədinin nədən ibarət olması aydın olmasa da, həmin ölkələr azacıq ədalətli və obyektiv olacaqları təqdirdə Prezidentin çıxışından özləri üçün də xeyli faydalı məqamlar çıxarda bilərlər: "Bu 30 ildə dünyanın Fransa və ABŞ kimi güclü ölkələrinin Ermənistana nə üçün zərrə qədər təsir göstərə bilmədiklərinin səbəbi onların özləri üçün də maraqlı olmalıdır. Əslində Azərbaycana 30 il çətinliklər yaşatmış işğal problemi bizə bir cür, vasitəçi ölkələrə isə başqa cür ziyanlı təsirlər göstərib. Azərbaycan işğalın birbaşa ağır nəticələrini 30 il çəkdi, hələ bundan sonra da bir neçə il onun fəsadlarını aradan qaldırmaq kimi problemin həlli ilə məşqul olacaq. Həmsədr ölkələr isə , ilk növbədə Fransa və ABŞ erməni lobbisinin təsirindən çıxa bilməmək kimi bir real görüntü altında özlərinin dünyadakı nüfuzunu ağır zərbə altında qoydular. Azərbaycanın erməni təcavüzünün bütün nəticələrini müəyyən vaxt intervalında aradan qaldıracağı şəksiz məlum olduğu halda Fransa və ABŞ-ın öz nüfuz itkilərini nə zaman bərpa edə biləcəkləri xeyli qaranlıq görünür. İlham Əliyevin birbaşa üzə deyilən səmimi, əsaslı və ədalətli tənqidi həmsədr ölkələri öz xarici siyasətlərində köklü düzəlişlərə yönəltmək baxımından da xeyli əhəmiyyətlidir.Həmsədr ölkə nümayəndələri bir daha gördülər ki, Azərbaycan dostlarına da, vaditəçilərə də münasibətdə səmimi siyasət aparır və illərdən bəri münaqişənin həlli formulları barədə Azərbaycanın platforması tam doğru və real imiş.

Prezident Əliyev münaqişə kontekstində yeni siyasi vəziyyətin tam olaraq Azərbaycanın üstün səyləri əsasında ortaya gəldiyini həmsədr nümayəndələrə aydın təqdim etdi".

Ekspert bildirib ki, Prezident münaqişənin həll edildiyi və torpaqların azad edilməsi kimi mübahisəsiz nəticənin əldə olunmasında Fransa və ABŞ-ın həmsədr ölkələr olaraq real şəkildə bir şey etmədiklərini cəsarətlə, lakin mütləq ədalətlə bəyan etdi: "Prezidentin çıxışının çox əhəmiyyətli məqamlarından biri də bundan sonrakı proseslərdə Fransa və ABŞ-ın da iştirakına imkan verən real çərçivə təqdim etməsi oldu. Əslində prezident Əliyev regionun sonrakı sülh proseslərində Fransa və ABŞ-ın iştirakının aydın Yol Xəritəsini ortaya qoydu.Bu görüşə qədər Fransa və ABŞ-ın sonrakı regional sülh prisesində konkret hansı platforma ilə istirak edəcəkləri barədə özlərinin aydın təsəvvürə malik olub-olmadıqlarını demək çətindir.Ancaq Azərbaycan prezidenti Fransa və ABŞ nümayəndələrinə sonrakı prosesdə necə iştirak edəcəklərini çox aydın dedi.Xalqları sülhə hazırlamaq , etnik barışıq və etimadı təmin etmək,kommunikasiyaların bərpasına real təsir göstərmək- Azərbaycan prezidentinin onlara göstərdiyi çərçivənin dəqiq elementləridir.Əgər həmsədr ölkələr prezident Əliyevin təqdim etdiyi çərçivədə işlərini qura bilsələr , regionumuzun sülh və quruculuq taleyində öz iştirak paylarını əhəmiyyətli dərəcədə artıra biləllər".

Baş redaktor qeyd edib ki, Prezident Əliyevin həmsədr öıkə nümayəndələrinə göstərdiyi dəyərli istiqamətlərdən biri də Ermənistana münasibətdə ciddi siyasi korreksiya ilə bağlıdır: "Həmsədr ölkələr İlham Əliyevin sözlərindən ciddi nəticə çıxarmalı və Ermənistanın sonrakı davranışlarına əsaslı təsir göstərməlidir.Əks halda Ermənistanın regionda bundan sonrakı bütün ehtimal olunan neqativ davranışlarının məsuliyyətini Fransa və ABŞ hökuməti də daşımalı olacaq.
Prezidentin çıxışının qiymətli məqamlarından biri də regionun bərpa, sülh və quruculuq prosesində bütünlüklə Minsk Qrupunun rolunu artırmaqdan ibarətdir.Bütünlüklə Qrupun fəallaşması fonunda qardaş Türkiyənin roluna xüsusi önəm verilməsi İlham Əliyevin nə qədər obyektiv və dost -qardaş ölkələrə sadiq olduğunu bir daha nümayiş etdirdi".