Rusiya Sarkisyanı Ohanyanla əvəzləyəcək Dünya

Rusiya Sarkisyanı Ohanyanla əvəzləyəcək

Kreml Xocalı qatillərinin Ermənistan rəhbərliyindən getməsini istəmir

"Ermənistanın növbəti prezidenti Seyran Ohanyan olacaq".
"Axar.az" xəbər verir ki, bu informasiyanı "Aykakan Jamanax" qəzeti etibarlı mənbələrinə istinadən yayıb.
Məlumatda Ermənistanın hazırkı müdafiə nazirinin prezidentlik kürsüsü üçün hazırlandığı bildirilib: "2017-ci il seçkilərindən sonra Ohanyan baş nazir elan ediləcək. Bir il sonra isə keçiriləcək prezident seçkilərində o, prezident olacaq. Ardınca isə Serj Sərkisyan baş nazir təyin olunacaq. Daha sonra yeni prezident baş nazir səlahiyyətlərini parlament vasitəsilə artıracaq".
Qeyd edək ki, Seyran Ohanyan 366-cı motoatıcı alayın zabiti kimi Xocalı soyqırımının törədilməsində iştirak edib. 1999-2007-ci illər arasında Dağlıq Qarabağdakı qondarma rejimin "müdafiə naziri" olub.