ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək Dünya

ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib. Bu barədə respublikaçı namizəd Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxışında deyib. Milyarder söz verib ki, prezident seçiləcəyi halda başqa dövlətlərdə rejimləri devirməyəcək. Onun sözlərinə görə, yalnız ABŞ-ın milli təhlükəsizliyinin maraqları üçün həyati əhəmiyyət daşıdığı halda silahlı qüvvələri cəlb etmək lazımdır.
"Biz xaricdə demokratiya qurmağa və rejimləri devirməyə çalışmayacağıq. Bunun əvəzinə, Amerikanın təhlükəsizliyinə, İŞİD-in məhv edilməsinə və radikal islam terrorizminin üzərində qələbəyə diqqətimizi ayırmalıyıq", - respublikaçı vurğulayıb. O, əlavə edib ki, İŞİD-i məhv etməyi və terrorçular üzərində qələbə qazanmağı hədəf seçən istənilən ölkə bu missiyada ABŞ-ın partnyoru olacaq.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək. Trampın demokrat rəqibi keçmiş dövlət katibi Hillari Klintondur.