Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
6 Avqust 2024 08:31
2 520
Gürcüstan Prezidenti Salome Zurabişvili “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini debata dəvət edib.
Bu təklifi Salome Zurabişvili Prezident sarayında keçirdiyi mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, Bidzina İvanişvili bəzi mövqelərini izah etməlidir, "ölkəyə nə etdiyini" açıqlamalıdır.
“Heç kim başa düşə bilmir ki, o haradadır, nə istəyir, niyə istəyir və bu ölkəyə nə edir. Mən hazıram və debatlara dəvət edirəm. Mən şəxsən onunla görüşməyəcəyəm. Debata gəlsin, çünki özünü əsas idarəçi hesab edir. Dövlətin birinci şəxsi mənəm, onda gəlsin və debatlarda bunu müzakirə edək.
Mən heç nədən maraqlanmıram, faktlara baxıram və görürəm ki, ölkə hara gedir, lakin cəmiyyət qarşısında bəzi mövqelərini izah etmək məcburiyyətindədir. Bəzi mövqelərini izah etsin, niyə iki dəfə korrupsiyalaşmış baş naziri buraxıb və bilirik ki, qismən korrupsiya səbəbindən. Sonra geri qaytarır, sonra yenə yeni vəzifəyə qoyur, sonra çağırır və ən populyar olmayan şəxsi baş nazir təyin edir.
O, bu ölkəyə nə etdiyini izah etməlidir, heç olmasa seçkilərdən əvvəl, belə ki, bizi yaxşı bir debat gözləyir”, - deyə Salome Zurabişvili söyləyib
Cavid
25 Oktyabr 17:37
945
25 Oktyabr 17:20
1 029
25 Oktyabr 17:19
1 057