Yəməndə dəhşətli terakt: 32 ölü, 20 yaralı Dünya

Yəməndə dəhşətli terakt: 32 ölü, 20 yaralı

Yəmənin Ədən şəhərində polis mərkəzində baş verən partlayışda 32 nəfər dünyasını dəyişib.
Bu barədə “Röyter” yazıb.
Məlumata görə, terakt partlayıcı qurğu yerləşdirilmiş avtomobil vasitəsilə törədilib. Partlayışdan sonra ən azı 20 yaralı Sərhədsiz Həkimlərin xəstəxanasına çatdırılıb.