Azərbaycana idxal edilən hibrid avtomobillərin dəyəri 1 milyard dollara yaxınlaşıb
Gürcüstan vətəndaşları xaricdə parlament seçkilərində səs verə bilməyəcəklər
Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Çempionlar Liqası: “Araz-Naxçıvan”ın “Benfika” ilə cavab oyununun vaxtı və yeri açıqlanıb
16 Oktyabr 2019 12:03
2 030
Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğani yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.
AZƏRTAC Rusiya KİV-lərə istinadla xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan dəvətə müsbət cavab verib.
Dövlət başçıları arasında telefon danışığı oktyabrın 15-də Türkiyənin təşəbbüsü ilə baş tutub. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Suriya münaqişəsinin siyasi nizamlanması prosesinin davam etdirilməsi və oktyabrın sonlarında Cenevrə şəhərində BMT-nin rəhbərliyi altında Konstitusiya Komitəsinin çağırılmasına dəstək vermək barədə razılığa gəliblər.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatına başlayıb. Ankara, həmçinin sərhədyanı ərazilərdə suriyalı qaçqınları yerləşdirmək fikrindədir.