24 Sentyabr 2019 12:11
1 925
Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
Report-un məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenatı Seymur Sadıqov təyin olunub.
O, əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib.
Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi Şəmistan Kərimov isə təqaüdə göndərilib.
10:39
735
15 May 18:39
1 344
15 May 18:37
1 253