Yaxın Şərqdə eskalasiya təhlükəsi
21 Yanvar 23:43
21 Yanvar 23:43
21 Yanvar 23:40
21 Yanvar 23:37
3 Fevral 2021 12:18
9 058
"İndiyə qədər 31 nəfər Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb".
Bunu mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
Onun sözlərinə görə, əlillik təyinatından sonra həmin şəxslər reabilitasiya mərkəzinə cəlb olunur və 2-3 həftə ərzində protezlə təmin olunurlar: "Agentlik daxilində yaradılan İşçi qrup tərəfindən 3000 ailə ziyarət olunub və onlardan 300-dən yuxarı şəxsin səhhətində geridönməz proseslərin olduğu müəyyən edilib”.
O qeyd edib ki, bu il ərzində ikinci Qarabağ müharibəsi əlilləri protezlərlə təmin olunacaq.