Ceyhan terminalı ilə 40 milyon bareldən çox AÇG nefti yola salınıb Hadisə

Ceyhan terminalı ilə 40 milyon bareldən çox AÇG nefti yola salınıb

Türkiyənin "BOTAŞ International Limited" (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,611 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bu günədək terminaldan "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından neft daşıyan 4 714 tanker yola salınıb.

2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 55 AÇG nefti daşıyan tanker və ya 40,1 milyon barel neft yola salınıb.