Zelenski Fransada qırıcılar və HHM sistemləri üzrə razılaşma imzalayacaq
ABŞ dəniz səviyyəsini izləyən "Sentinel-6B" peykini orbitə buraxıb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hindistan ildə 2 milyon tondan çox (LNG) almaq üçün ABŞ ilə müqavilə imzalayıb
ABŞ-ın San Dieqo şəhərində Azərbaycan-Amerika dostluq konserti təşkil olunub
19 Dekabr 2019 14:42
1 526
Belarusun hər iki tərəfində hərbi qüvvələr güclənməkdədir. Rusiyanın Qərbin əsas təhlükəsi kimi təqdim edilməsi Şimali Atlantika Alyansının əsas siyasətinə çevrilib.
Bu sözləri Belarusun Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında söyləyib.
Lukaşenko qonşu Avropa ölkələrində NATO qoşunlarının artdığını, hərbi fəallığın yüksəldiyini, həmçinin, Rusiyanın aktiv olaraq döyüş vasitələrini inkişaf etdirdiyini qeyd edib.
“Belarus ordusu heç vaxt heç kimi təhdid etməyib, etmir və etməyəcək də. Ordumuz müharibəyə yol verməmək üçün bir vasitədir, lakin bizə qarşı təcavüz olarsa, ordu nəinki onu dəf etməyə, həmçinin, düşmənə dağıdıcı zərbə endirməyə da qadir olmalıdır”, - deyə Lukaşenko bildirib.