Əfqanıstandan insanları təxliyə edən təyyarələr təhlükə altındadır - Pentaqon Dünya

Əfqanıstandan insanları təxliyə edən təyyarələr təhlükə altındadır - Pentaqon

ABŞ hakimiyyəti hesab edir ki, Əfqanıstandan insanları təxliyə edən hərbi nəqliyyat təyyarələri ciddi təhlükə altındadır.

ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının rəhbəri general Stiv Layons Pentaqonda keçirilən brifinq zamanı bildirib.

Kabilə gələn və şəhərdən ayrılan ABŞ hərbi nəqliyyat təyyarələrini hansı təhlükə gözləyə bilər sularına cavab olaraq bildirib: "Bu, ciddi bir təhlükədir. Təffərüatlara varmaq istəməzdim".

Onun sözlərinə görə, Nəqliyyat Komandanlığı mümkün təhdidləri müəyyən etmək üçün ABŞ Mərkəzi Komandanlığı ilə daim əlaqə saxlayır: "Əminəm ki, bunların qarşısını almaq üçün bütün lazımi tədbirləri görürük".